Aleks Palou: Hər kəs Formula1-i xəyal edir…

Bu həftə İndyCar-ın çempionatının lideri Aleks Palou Avropaya qayıdıb, lakin məqsəd təkcə haqqında danışdığımız 2021-ci ilin McLaren MCL35-in sükanı arxasında Hunqarorinqdə testlərdə çalışmaq olmayıb.

F-1.az xəbər verir ki, Gazzetta dello Sport-un məlumatına görə, o, Macarıstandan bu həftəsonu F3 Avrokubok mərhələsinin keçirildiyi Monzaya yola düşüb. Məsələ burasındadır ki, Aleksin atası Ramon Palou bu gənclər seriyasında çıxış edən Palou Motorsport komandasının sahibidir. Həmçinin Monzada Aleks meneceri, Monaco Increase Management-in qurucusu Salvatore Gandolfo ilə danışıb.

Aleks Palou Formula1-də mümkün perspektivləri barədə suala belə cavab verib: “Hər kəs Formula1-i xəyal edir. Mən dünya çempionatına getməyə hazıram, ancaq şərait yaranarsa. Və kim bilir, bəlkə də tezliklə alınmayacaq…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*