L.di Qrassi: “Renault – birincidir”

Renault komandasının test sürücüsü Lukas di Qrassi gələn mövsüm üçün komandalardan biri ilə müqavilə bağlaması şanslarını 70% səviyyəsində qiymətləndirib… Lukas […]

Renault komandasının test sürücüsü Lukas di Qrassi gələn mövsüm üçün komandalardan biri ilə müqavilə bağlaması şanslarını 70% səviyyəsində qiymətləndirib…

Lukas di Qrassi: “Hələlik hər şey yaxşıdır, mən Renault ilə danışıqları davam etdirirəm, axı komandada hələ bir vakansiya boşdur və bu mənim siyahımda birincidir. Yaxın günlərdə qərar qəbul ediləcək, amma digər variantlar da var – mən bilirəm ki, yeni komandaları mənim namizədliyim maraqlandırır.

Bir neçə həftədən sonra məlum olacaq ki, onlardan hansının şansı yüksəkdir. Mənim bildiyimə görə, Manor komandası çempionata ciddi hazırlaşır – texniki ştat, marketinq və maliyyə məsələləri çox ciddi görünür, ona görə də məhz bu komandaya daha böyük ümid bəsləyirəm.

Müqavilə şanslarım? Mən 70% əminəm ki, müqavilə bağlayacam, amma çox şey gələn həftələrdə baş verən hadisələrdən asılıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*