L.di Montedzemolo: “Mən səbirsizliklə Monsanı gözləyirəm”

Bu gün axşam İtaliyanın RAİ şəbəkəsinin TG1 kanalının efirində Luka di Montedzemolo Canakrlo Fizikellanın komandaya dəvət olunmasını şərh edib. Ferrari-nin […]

Bu gün axşam İtaliyanın RAİ şəbəkəsinin TG1 kanalının efirində Luka di Montedzemolo Canakrlo Fizikellanın komandaya dəvət olunmasını şərh edib. Ferrari-nin mətbuat xidməti şirkət prezidentinin sözlərini rəsmi relizdə yayıb…

Luka di Montedzemolo: “Mən Fizikellanı bir neçə səbəbə görə seçmişəm. Mən bilirəm ki, o yaxşı formadadır və bizim komandaya layiqdir, Cankarlo təcrübəli sürücüdür, biz Monsada sükan arxasında italiyalı sürücünü görmək istəyirdik, həm də söhbət uzunmüddətli müqavilədən gedir – o komandanın ehtiyat pilotu olacaq.

Biz Cankarlonu komanda üçün vacib olan Rəykkönenin qələbəsindən sonra dəvət etmişik, amma daha yaxşı xəbərlər də var – Felipe Massa sağalır və gələn mövsümün birinci yarışında starta çıxmağa hazır olacaq.

Avqust ayı Ferrari üçün çətin oldu, Felipe qəzaya uğradı, təəssüf ki, sağlamlıq problemləri Mixael Şumaherə yenidən bizim maşının sükanı arxasına oturmağa imkan vermədi, amma tədricən vəziyyət yaxşılığa doğru dəyişir və Qran Pridə qələbə ən yaxşı dərmandır.

Mən Luka Badoyerə də təşəkkür etmək istəyirəm, o bizə çətin vaxtda kömək etdi. İndi mən səbirsizliklə və inamla Monsanı gözləyirəm, bizim komandada Cankarlo Fizikella debüt edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*