L.di Montedzemolo: “Konstruktiv dialoq gərəkdir”

Bir neçə həftədən sonra yeni Razılıq Müqaviləsinin – komandaların, FİA-nın və kommersiya hüquqlarının sahibinin qarşılıqlı münasibətlərini təyin edən üçtərəfli sənədin […]

Bir neçə həftədən sonra yeni Razılıq Müqaviləsinin – komandaların, FİA-nın və kommersiya hüquqlarının sahibinin qarşılıqlı münasibətlərini təyin edən üçtərəfli sənədin müzakirəsi başlayacaq. Ferrari şirkətinin prezidenti Luka di Montedzemolo hesab edir ki, yeni müqavilənin mətninin hazırlanmasında konstruktiv dialoq lazımdır…

Luka di Montedzemolo: “Biz üç məsələni həll etməliyik. Birincisi, Formula1-in bəzi üstünlüklərini saxlamaq lazımdır, xüsusən də texnologiyalar sahəsində.

İkincisi, komandalar, FİA və kommersia hüquqlarının sahibi arasında konstruktiv dialoq lazımdır. Komandalar deyərkən mən rəqabətədavamlı iştirakçılardan danışıram, yəni texnologiyalara sərmayə yatırmaq və yüksək səviyyədə çıxış etmək iqtidarında olan komandalardan.

Üçüncüsü, bizə stabil reqlament lazımdır ki, komandalar sabaha inam hiss etsinlər. Stabil qaydalar tamaşaçılar üçün də vacibdir, bundan başqa mən ümid edirəm ki, gələcəkdə məsrəflərin azaldılması kursu da davam etdiriləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*