L.Həmilton: Red Bull-larla mübarizə apara bilərdim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, startda Maqnussenlə təmas etməsə, Red Bull-larla mübarizə apara bilərmiş.

F-1.az xatırladır ki, britaniyalı sürücü İspaniya yarışının startında Maqnussenlə təmas yaşayıb və təkəri deşilib. Pitə girib yeni təkər götürən yeddiqat Dünya Çempionu yarışa liderin 50 saniyə arxasında qayıdıb. Buna baxmayaraq, təslim olmayan qaradərili pilot yarışı beşinci yerdə başa vurub.

Lyuis Həmilton: “Doğru yoldayıq. Yenidən qələbələr uğrunda mübarizə aparacağımıza əminəm. Yarışda təmas yaşamasaydım, Red Bull-larla mübarizə apara bilərdim. Buna görə də gələcəyə ümidlə baxıram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*