19 Avqust 2019, Bazar ertəsi - 16:59

E.Okon: “Mənim üçün böyük bir təcrübə oldu”

E.Okon: “Mənim üçün böyük bir təcrübə oldu”

Müəllif: Elçin Zodorov, redaktor

12:40 - 13 İyul, 2016

Silverstoun testlərinin ilk günündə 123 dövrə vuraraq ən çox məsafə qət edən gənc sürücü Fernando Alonsodan sonra 2-ci ən sürətli nəticəni göstərib.

F-1.az xəbər edir ki, həm DTM-də mübarizə aparan, həm də Renault-nun ehtiyat pilotu, Mercedes AMG-nin isə devoloper proqramının üzvü olan Esteban Okon ilk test günündən razı qalıb.

Esteban Okon: “Maşında özümü əla hiss etdim. Hələ yeniyəm və bir neçə dövrəni maşına alışmaq üçün sərf etdim. Xüsusilə də, Silverstoun kimi sürətli və döngələrin çox olduğu traslara alışmaq çətin olur. Günün sonunda isə hər şey qaydasında idi və demək olar ki, öz limitlərimdə sürürdüm. Nahardan sonra yağış yağacağını bilirdik. Ona görə də test proqramımızın əsas hissəsini səhər saatlarına saldıq.

Nahardan sonra bir az çətin oldu, amma işləməyə davam edə bildik. Proqramı uğurla tamamladıq. Hava şəraiti dəyişkən idi və bu, bizim işimizi çətinləşdirirdi. Vəziyyəti idarə edə bildik. Həm quru, həm də yaş asfaltda yaxşı nəticələr əldə etdik. Bir çox təkəri test etdim və bu, mənim üçün böyük təcrübə oldu. DTM və Formula1 maşınlarını idarə etmək inanılmaz duyğudur. Bu gün böyük bir komanda üçün sürməkdən həzz aldım. Gənc sürücü olaraq mənim üçün böyük bir şans idi. Növbəti test gününü üzümdəki təbəssümlə gözləyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 419
Teqlər , , ,
Paylaş

logo