L.Həmilton: Birillik müqaviləni mən istədim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, birillik müqavilə onun performansına təsir etməyəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü uzun müddtə davam edən danışıqlardan sonra 6 titul qazandığı Mercedes-lə yeni müqavilə imzalayıb.

Lyuis Həmilton: “Vaxt keçdikcə hər şey məlum olacaq. Bu halla ilk dəfə qarşılaşmıram. Buna görə də təzyiq hiss etmirəm. Özümə güvənirəm və həmişə öz qələbəmə pul qoyaram.

Mercedes-lə qeyri-adi və dərin münasibətimiz var. Onlara qarşı yarışmaqdan başqa öhdəliklərim var. Mövsümə tamamilə hazıram. İşimi sevirəm. İşlərin necə getdiyini görmək üçün birillik müqavilə imzaladım. Bunu mən seçdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*