K.Rəykkönen: “Yalnız qələbə əhəmiyyət kəsb edir”

Kimi Rəykkönenin ikinci və Felipe Massanın beşinci yeri – mövsümün əvvəlindən Ferrari üçün sıralanma turlarında ən yaxşı nəticədir. Kiminin poul […]

Kimi Rəykkönenin ikinci və Felipe Massanın beşinci yeri – mövsümün əvvəlindən Ferrari üçün sıralanma turlarında ən yaxşı nəticədir. Kiminin poul qazanmasına cəmi 0.025 saniyə çatmayıb, amma startda finlandiyalı sürücü yaxın rəqiblərindən fərqli olaraq KERS-in üstünlüyünə malik olacaq…

Kimi Rəykkönen: “İkinci yer yaxşı nəticədir, amma mən məyus oldum – poula çox az uduzdum – bu trasda birinci və ikinci yerlər arasında startda fərq böyükdür. Maşının sürəti artıb, bunu nəticələrdən də görmək olar. Asfaltın xarakteristikası sessiyadan sessiyaya yaxşılaşırdı, birinci sessiyada bərk təkərlərlə problem olmadı, ikinci sessiyada yumşaq təkərlərlə ən yaxşı nəticəyə imza atdım. Sıralanma turunun sonunda daha bir sürətli dövrə vura bilərdim, amma ilk döngədə bir qədər vaxt itirdim, ona görə də boksa qayıtdım.

Sabah bizi uzun və şətin yarış gözləyir, xüsusən start vacib olacaq. Qısa düz yolda KERS kömək edə bilər, amam sistemin burda üstünlüyü elə də çox deyil. İstənilən halda liderlik uğrunda mübarizəyə qayıtmaq xoşdur, sabah mən yarışı udmaq üçün hər şey edəcəm, axı yalnız qələbə əhəmiyyət kəsb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*