15 Oktyabr 2019, Çərşənbə axşamı - 17:45

K.Rəykkönen Red Bull-a keçə bilər?

K.Rəykkönen Red Bull-a keçə bilər?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:35 - 08 Oktyabr, 2009

Şayiələr gəzir ki, Kimi Rəykkönenlə yalnız McLaren və Toyota komandaları maraqlanmır, Almaniyanın Sport Bild qəzeti bu gün finlandiyalı sürücünün meneceri […]

Şayiələr gəzir ki, Kimi Rəykkönenlə yalnız McLaren və Toyota komandaları maraqlanmır, Almaniyanın Sport Bild qəzeti bu gün finlandiyalı sürücünün meneceri Stiv Robertsonun Red Bull komandasının rəhbərliyi ilə növbəti mövsüm üçün danışıqlar aparmasından xəbər verib. Mark Uebberin gələn mövsüm üçün müqaviləsi iyulun ortalarında təsdiq olunsa da, sürücülər bazarında güclü pilotların peyda olması vəziyyəti dəyişib…

Deyilənlərə görə, Renault Roman Qrojanı əvəz edəcək sürücü axtarır və namizədlər siyahısında Nik Haydfeldin, Timo Qlokun və Adrian Sutilin adları var, bu sürücülərdən biri gələn il Robert Kubitsanın komanda yoldaşı ola bilər. Renault-nun polşalı sürücü ilə müqaviləni təsdiq etməsi keçdilər mövsümünün növbəti ciddi hadisəsi olmalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 285
Teqlər
Paylaş

logo