K.Rəykkönen: “Mənim üçün əsas ralli çempionatıdır”

Kimi Rəykkönenin NASCAR-da rəsmi debütünə bir həftədən az vaxt qalır. Mayın 20-də Şarlottanın ovalında Kimi Kayl Buşun komandasında Toyota Tundra […]

Kimi Rəykkönenin NASCAR-da rəsmi debütünə bir həftədən az vaxt qalır. Mayın 20-də Şarlottanın ovalında Kimi Kayl Buşun komandasında Toyota Tundra pikapının sükanı arxasında yarışacaq. Finlandiyalı sürücü bildirib ki, yeni həvəsinə yalnız ralli çempionatındakı fasilələr zamanı vaxt ayıracaq, çünki çempionat ona daha vacibdir…

Kimi Rəykkönen: “Əgər hər hansı bir yarış mənim WRC-də çıxışıma mane olacaqsa, mən orda çıxış etməyəcəm. Mən NASCAR-ın elə yarışlarını seçmişəm ki, rallidə mənim çıxışlarımla üst-üstə düşmür. Asudə vaxtımda mən istədiyim istənilən işlə məşğul ola bilərəm. Mənim WRC-də artıq böyük təcrübəm var, tam gücümlə hücuma keçə bilirəm. İndi mənim əsas məqsədim – ralli yarışlarında inkişaf etməkdir.”

Keçən ay Kimi İordaniya mərhələsində karyerasının ən yaxşı nəticəsini təkrarlamağa yaxın idi, amma sona yaxın beşinciliyi əldən verdi. Növbəti dəfə Kimi iyunun ortasında Yunanıstanda starta çıxacaq, hələlik isə bir neçə dəfə NASCAR-da yarışacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*