12 Dekabr 2019, Cümə axşamı - 07:03

K.Rəykkönen Maranelloda işə başlayıb

K.Rəykkönen Maranelloda işə başlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:11 - 21 Yanvar, 2014

Dünən Kimi Rəykkönen Ferrari komandasının bazasına gəlib və işə başlayıb. 2007-ci ilin dünya çempionu Maranelloda 3 gün qalacaq: onun proqramına […]

Dünən Kimi Rəykkönen Ferrari komandasının bazasına gəlib və işə başlayıb. 2007-ci ilin dünya çempionu Maranelloda 3 gün qalacaq: onun proqramına mühəndislərlə görüş və simulyatorda iş daxildir.

Ferrari-nin mətbuat xidməti Kimidən sitatlar dərc edib: “Yenidən işə qayıtmaq xoşdur. Mən bu il istifadə olunacaq yeni sistem və prosedurların öyrənilməsindən başladım. Bu nöqteyi nəzərdən simulyator doğrudan da faydalı bir şeydir.

Amma hələ görüləsi çox işimiz var, lakin mən buna adət etmişəm. Mənim üçün Maranelloda bu günlər komanda ilə bir olmaq, köhnə tanışlarımla vaxt keçirmək imkanıdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 394
Teqlər ,
Paylaş

logo