K.Rəykkönen hokkey oynayır

Bəhreyn testləri ərəfəsində Kimi Rəykkönen vətəni Finlandiyaya üz tutub. Yerli İltalehti qəzetinin yaydığı xəbərə görə, dünya çempionu Helsinkiyə cümə axşamı […]

Bəhreyn testləri ərəfəsində Kimi Rəykkönen vətəni Finlandiyaya üz tutub. Yerli İltalehti qəzetinin yaydığı xəbərə görə, dünya çempionu Helsinkiyə cümə axşamı gəlib, dostları ilə karoke-barlardan birinə baş çəkib, amma şahidlərin dediklərinə əsasən alkohollu içkilərdən uzaq durub və yalnız koka kola içib. Cümə günü isə Rəykkönen özü üçün qeyri-adi bir ampluada çıxış edib, Finlandiyanın qərbində yerləşən Kankaanpyaya şəhərciyində təşkil olunmuş “Əfsanələr buz üzərində” xeyriyyə hokkey oyununa qatılıb. Oyunu izləyənlərin fikrincə, Kimi heç də pis oynamayıb…

Riki Kuvaya, Kiminin mətbuat katibi: “O yeni mövsümə gərgin hazırlaşır, yenidən starta çıxmağı səbirsizliklə gözləyir. Amma buna qədər hələ testlərdə işləməli olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*