Komanda K.Rəykkönenin qəzasını şərh edib

Ralli üzrə dnüya çempionu Tapio Laukkanen Tommi Makinen Racing komandasının əməkdaşıdır, o Kimi Rəykkönenin Rally Finland mərhələsində qəzasını şərh edib… […]

Ralli üzrə dnüya çempionu Tapio Laukkanen Tommi Makinen Racing komandasının əməkdaşıdır, o Kimi Rəykkönenin Rally Finland mərhələsində qəzasını şərh edib…

Tapio Laukkanen: “Gərgin döngənin xarici hissəsində böyük daş var idi, Kimi döngəyə geniş girmişdi və daşa dəydi, maşının arxa hissəsi sürüşüb quyuya düşdü, bundan sonra maşın göydə iki dəfə fırlandı. Maşın təkərini itirmişdi və ciddi zədələnmişdi, biz onu bərpa edə bilməzdik. Həm də səhər tezdən motorla da müəyyən problemlər yaranmışdı, biz onsuz da finişə çata bilməyəcəydik.

Kiminin sürəti mənim xoşuma gəldi, Rəykkönen böyük sürücüdür və vacib deyil o hansı seriyada çıxış edir – Formula1-də, motoyarışlarda və s. O özü də rallidən ləzzət aldı, heyif ki, texniki problemlər vəziyyəti çətinləşdirirdilər, amma avtoidmanda belə olur. Əminəm ki, Kiminin təqvimində yenə fasilə olsa, o yenidən ralli maşının sükanı arxasına oturacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*