K.Klin Haydfeldi əvəz edəcək?

Avstriya mətbuatı yazır ki, BMW Sauber komandası ilə test sürücü müqaviləsi Kristian Klinə gələn il əsas maşının sükanı arxasında yeri […]

Avstriya mətbuatı yazır ki, BMW Sauber komandası ilə test sürücü müqaviləsi Kristian Klinə gələn il əsas maşının sükanı arxasında yeri təmin edir…

Kristian klin Formula1-də 2004-cü ildə debüt edib, üç mövsüm Jaguar və Red Bull komandalarında çıxış edib, son iki ili isə BMW Sauber-də test sürücü kimi çalışıb. Avstriyanın Vorarlberg Online qəzeti qeyd edir ki, gələn il Klin Nik Haydfeldi əvəz edəcək, Nik artıq başqa komandalarla danışıqlara başlayıb.

Tərəflər şərh verməkdən imtina ediblər, Klin jurnalistlərə bildirib ki, hələlik sürücülər bazarındakı vəziyyətdən danışmaq tezdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*