22 May 2019, Çərşənbə - 02:58

K.Horner: “Qələbə şansı əvvəlki kimi var”

K.Horner: “Qələbə şansı əvvəlki kimi var”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:23 - 06 Oktyabr, 2009

Red Bull komandasının başçısı Kristian Horner əmin edir ki, onun komandasının qarşısında dünya çempionatda qələbə qazanmaq vəzifəsi qoyulmayıb: komanda titul […]

Red Bull komandasının başçısı Kristian Horner əmin edir ki, onun komandasının qarşısında dünya çempionatda qələbə qazanmaq vəzifəsi qoyulmayıb: komanda titul uğrunda həlledici mübarizəni Abu Dabiyə keçirmək üçün Braziliya Qran Prisində qələbə qazanmağa köklənib. Yaponiyada qələbədən sonra Sebastyan Fettelin şansları yüksəlib və indi o Censon Battondan 16 xal geri qalır. Eyni zamanda iki yarışda qələbə qazanması ona kifayət etmir: titulun taleyi Batton Braziliyada və Abu Dabidə çıxışından asılıdır.

Hamı 2007-ci ili xatırlayır, o zaman çempionatın sonuna iki yarış qalmış Lyuis Həmilton Kimi Rəykköneni 17 xal qabaqlayırdı, amma finlandiyalı sürücü o zaman titulu qazana bilmişdi. Horner əmindir ki, bu senari təkrar oluna bilər, çünki hazırda Batton və Brawn GP komandası həyəcanlıdırlar, onlar mövsümün əvvəlindəki üstünlüklərini tam itirməkdən qorxurlar.

Kristian Horner: “İki il əvvəl Kimi daha pis vəziyyətdə titulu qazanmışdı, amma indi çempionatda qələbə bizim əsas məqsədimiz deyil. Hər şeydən əvvəl biz hər iki yarışda qələbə qazanmağa çalışmalıyıq və Brawn GP indi bizdən çox əsəbləşir. Ona görə də, qələbə şansı əvvəlki kimi var, biz 16 xal geri qalırıq, keçən həftə bu fərq 25 idi. Biz mübarizəyə qoşulmalıyıq və Braziliyada qalib gəlməliyik, mövsümün son yarışında isə titulun taleyi həll olunacaq. Biz gərgin işləməyə davam edirik və hər iki yarışda bizim maşınlarda yeni komponenetlər peyda olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər
Paylaş

logo