K.Horner: “Fettelə motor çatmalıdır”

Red Bull ümid edir ki, mövsümün sonuna qalmış altı yarışda Sebastyan Fettelə ixtiyarında qalmış iki işlənməmiş və əvvəlki yarışlarda işlənmiş […]

Red Bull ümid edir ki, mövsümün sonuna qalmış altı yarışda Sebastyan Fettelə ixtiyarında qalmış iki işlənməmiş və əvvəlki yarışlarda işlənmiş daha iki motor çatmalıdır. Xatırladaq ki, Valensiya uik-endi zamanı Sebastyanın maşınında iki motor sıradan çıxıb, bu ilin reqlamentinə əsasən isə hər bir sürücüyə mövsümün geidşində doqquz motor verilir. Əgrə hər hansı bir səbəb üzündən bu motorlar kifayət etməsə, onda hər bir əlavə motora görə sürücü yarışın startında 10 yer itirməklə cərimə olunur.

Britaniyanın Autosport saytının məlumatında görə, Belçika uik-endinə Fettel işlənmiş motorla başlayacaq, sıralanma turundan əvvəl isə onun maşınına yeni motor qoyulacaq…

Kristian Horner: “Ümid edirəm ki, biz əlavə motordan istifadə etməyəcəyik. Biz hesab edirik ki, ixtiyarımızda olan iki işlənməmiş və iki işlənmiş motorların resursu mövsümün sonuna qədər kifayət etməldiir və biz cərimə olunmayacayıq. Əlbəttə, bu bizim işimizə təsir edəcək – yaxın yarışlarda biz cümə günləri Fettelin qət etdiyi məsafəni azaltmalı olacayıq.

Keçən həftə iki motorun imtina etməsi insan faktoru ilə bağlı səhvlə əlaqədardır. Bu Renault-nun problemidir. Sıralanma turundan əvvəl yeni motor qoyarkən kiçik nasazlıq üzə çıxdı, ona görə də biz yarış ərəfəsində narahat idik, amma əmin idik ki, motor maşını finişə çatdıracaq. Renault-nun mütəxəssisləri də bizə məsləhət gördülər ki, motoru dəyişməyək.

Son üç ildə Renault bizə yaxşı dəstək nümayiş etdirir, bir yarışla bizim əməkdaşlığa son qoymaq olmaz. Amma tezliklə biz gələn mövsüm üçün motor təchizatçısı barədə qərar qəbul edəcəyik. Renault-dan başqa biz Mercedes-Benz şirkəti ilə də danışıqlar aparırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*