Y.Tsunoda: Hədəflərim barədə daha qətiyəm

AlphaTauri komandasının sürücüsü Yuki tsunoda bildirib ki, Pyer Qasli üçün darıxacaq.

F-1.az xatırladır ki, yaponiyalı sürücü Formula1-də debüt edəndən Qasli ilə komanda yoldaşı olub. Lakin bu il onların yolu ayrılıb və Pyer Alpine komandasına transfer olunub.

Yuki Tsunoda: “Bu il hər yarış daha da gücləndim və performansımdan razıyam. Hələ də inkişaf etməli və daha stabil olmalıyam. Lakin gələnilki hədəflərim barədə daha qətiyəm.

Pyerə isə təşəkkür edirəm. O olmasa, bu qədər inkişaf edə bilməzdim. Ondan çox şey öyrənmişəm. Onunla işləməkdən həzz alırdım. Onsuz çox darıxacağam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*