P.Qasli: AlphaTauri gözləntiləri qarşılamadı

Alpine komandasının sürücüsü Pyer Qasli düşünür ki, AlphaTauri gözləntiləri qarşılaya bilməyib.

F-1.az xatırladır ki, AlphaTauri 2021-ci ildə 142 xalla Mühəndislər Kubokunda altıncı olsa da, 2022-ci ildə 35 xalla 9-cu yeri tuta biliblər.

Pyer Qasli: “Bolid 2021-ci ildəki ilə eyni səviyyədə deyildi. Buna baxmayaraq, ondan maksimumu almağa çalışdıq. Belə hallarda mühəndislərin motivasiyasını da qorumaq çətin olur. Çünki 2021-ci ildə hamı üçün əla idi və ən yaxşı mövsümümüzü keçirmişdik. 2022-ci ildən gözləntimiz çox olsa da, geridə qaldıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*