F.Tost: Mühəndislərə güvənmirəm

AlphaTauri komandasının rəhbəri Frants Tost bildirib ki, artıq mühəndialərinə güvənmir.

F-1.az xatırladır ki, italyanlar çətin keçən 2022-ci il mövsümündən sonra bu mövsümə də yaxşı başlamayıblar. Onlar Bəhreyn yarışını xalsız bağlayıblar.

Frants Tost: “Bolidin performansına görə geridə qalırıq. Daha güclü bolid gözləyirdim.

Bəhreyndə çətinlik çəkdik, amma burada işlər daha fərqli görünür. Ümid edirəm ki, sıralanma turunda heç olmasa bir sürücü ilə son sessiyaya qalarıq. Bolidi sürətləndirmək üçün hər şey edirik. Aerodinamika tərəfdə proqramlar çoxdur.

Mühəndislər mənə deyirlər ki, inkişaf edəcəyik, amma onlara inanmıram. Mən sadəcə yaxşı zaman nəticəsi görmək istəyirəm, çünki bu vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*