K.Sayns: Keçən il mübarizəyə hazır deyildim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, keçən il titul uğrunda mübarizəyə hazır olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2022-ci il mövsümünə pis başlamamış, ancaq sonradan iki ardıcıl iki yarışda qəza edərək, titul uğrunda mübarizədən uzaqlaşmışdı.

Karlos Sayns: “Düzünü desəm, keçənilki bolidlə titul uğrunda mübarizəyə hazır deyildim. Əgər 2021-ci il maşınə sürətli olsaydı, məncə, mübarizə apara bilərdim.

Ferrari-dəki ilk mövsümümdə hazır olduğumu isbatladım, amma keçən il fərqli yerdə idim. Belə şeylər olur. Bu, Formula1 sürücüsünün karyerasıdır. Həmişə sizə uyğun və ya uyğun olmayan maşınlar olacaq.

Keçən il ön tərəfdə mübarizə apararkən çox şey öyrəndim. Orta qrupda mübarizə aparmaq fərqlidir. Limitlərdə sürmək səviyyəsi, nəzarət səviyyəsi, poulu necə qazanmaq olar, yarışda necə qalib gələrsən… Bunlarla 9 il idi ki, uzaqlaşmışdım. Düşünürəm ki, qazandığım təcrübə mənə kömək edəcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*