17 Dekabr 2018, Bazar ertəsi - 09:45

K.Rəykkönen: “Nisbət hər yarış dəyişəcək”

K.Rəykkönen: “Nisbət hər yarış dəyişəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

15:04 - 19 Aprel, 2018

Ferrari komandasının sürücüsü Kimi rəykkönen bildirib ki, komandaların sıralanması yarışdan-yarışa dəyişəcək.

F-1.az xatırladır ki, 2018-ci il mövsümü gözlənilməz formada başlayıb. Belə ki, turbo eranın hegemonu olan Mercedes ilk 3 yarışda hələ də qələbə üzü görməyib. Ferrari isə son illərdəki ən yaxşı başlanğıcı edərək, ilk 3 yarışın 2-də qalib gəlib.

Kimi Rəykkönen: “Bu suala cavab vermək çətindir. Məncə, nəticənin əsas səbəbi təkərlərdir. Kimin daha yaxşı təkəri varsa, onlar öndə olurlar. Təbii ki, bu da oyunun bir hissəsidir. Çində təhlükəsizlik maşını böyük fərq yaratdı. Hamı eyni təkərə sahib olanda isə saf sürət barədə danışmaq çətindir. Məncə, nəticələrin belə olması azarkeşlər üçün yaxşıdır. Çünki yarışlar hamıya müəmmalı qalır. Bütün nəticələr yarışdan-yarışa dəyişir. Kiçik fərqlər yarışın sonunda böyük fərqlər yaradır. Gözləyək görək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 215
Teqlər ,
Paylaş

logo