R.Braun: “Ferrari olmadan da F1 yaşayacaq”

Formula1-in idman direktoru Ross Braun Ferrari-nin hədələrinə cavab verib.

F-1.az xatırladır ki, Ferrari-nin prezidenti Sercio Markionne 2021-ci ildən qüvvəyə minəcək mühərrik reqlamentindən narazıdır və bildirmişdi ki, əgər Formula1 rəhbərliyi reqlamentdə dəyişiklik etməsələr, idmandan gedcəklər.

Ross Braun: “Onlar düşünürlər ki, Formula1-in vacib üzvüdürlər və tələb edirlər ki, hər şey istədikləri kimi olsun. Burada həmfikirik. Onlar Formula1-in əsas elementidirlər və onları itirmək istəmirik. Amma bunun şərtləri var. İdmana faydası ola biləcək qərarlar var və onlar da bu qərarlarla işləyə bilərlər.

Formula1 – hansı komanda olursa-olsun, getsə də yaşamağa davam edəcək. Bunu daha əvvəl də gördük. Dünya Çempionları idmandan getdi, bəzən faciələr oldu, amma idman bunlardan canını qurtara bildi. Buna görə Ferrari olsa da, olmasa da, Formula1 davam edəcək. Onlar ayrılsa, daha yaxşı olar? Belə düşünmürəm. Buna görə də Ferrari ilə ortaq məxrəcə gəlməliyik. Amma bu anlaşma doğru parametrlərlə olmalıdır. Ferrari, Mercedes və Renault istəyir deyə, onların tələbləri ilə oturub-dura bilmərik. Bu böyük idmanı tək komandanın istəyi ilə idarə etmək olmaz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*