K.Horner: Mekis komandaya çox şey qatacaq

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Alphatauri üçün ən düzgün adamdır.

F-1.az xatırladır ki, Loren Mekis gələn ildən etibarən Frants Tostu əvəzləyəcək və Alphatauri komandasının rəhbəri olacaq.

Fransalı mütəxəssis daha əvvəl Minardi-də və Toro Rosso-da işləyib. 2014-cü ildə FİA-ya keçib. 2018-ci ildə isə Ferrari-yə transfer olunub. Fələn ildən isə AlphaTauri-də rəhbər vəzifəsində işləyəcək.

Kristian Horner: “Frants Tost uzun illər AlphaTauri-də yaxşı işlədi. Bir neçə gənc sürcü ilə işləyərək və onları yetişdirdi. Ancaq müəyyən dövrdən sonra geri addım atmalıdır. Onun gedəcəyini mənimlə də məsləhətləşdilər.

Loren çox istedadlı adamdır və daha əvvəl burada işlədiyi üçün komandanı əla tanıyır. Komanda rəhbəri olaraq böyük qatqısı olacaq və dinamika gətirəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*