Horner: Honda və RBPT arasında Çin Səddi ucaldılıb

Keçən həftə Red Bull və Ford Corporation arasında mühərrik istehsalı sahəsində gələcək strateji əməkdaşlıq elan edilib, lakin 2025-ci ilə qədər Honda komandanın tərəfdaşı olaraq qalacaq.

F-1.az-in xəbərinə görə, Kristian Horner əmin edib ki, əqli mülkiyyətin sızmasının qarşısını almaq üçün bütün bu dövr üçün istehsalçılar arasında Böyük Çin səddi ucaldılıb.

Yeni nəsil güc qurğularına keçid 2026-cı ildə planlaşdırılıb və buna qədər yapon motoristləri Red Bull və AlphaTauri ilə işləməyə davam edəcəklər, Honda loqoları hər iki komandanın maşınlarında yer alacaq.

Kristian Horner: “Bizim razılaşmamız var və Honda ilə əla münasibətimiz 2025-ci ilin sonuna qədər davam edəcək. Əqli mülkiyyətin ötürülməsi olmayacaq, bütün Honda mühərrikləri Yaponiyada istehsal olunur və Red Bull PowerTrains (RBPT) ilə bağlı hər şey yalnız 2026-cı ilə yönəlib.

Beləliklə, iki proqram arasında Çin səddinin ucaldılmasını başa düşmək olar, baxmayaraq ki, biz mümkün olan ən yaxşı nəticələrə nail olmaq üçün yaxın illərdə Honda ilə işləyəcəyik. Yapon tərəfdaşlarımız öz öhdəliklərini tam yerinə yetirmək niyyətindədirlər və bu, tamamilə birmənalı vəziyyətdir. 2025-ci ilin sonunda isə münasibətimiz bitəcək.

Mühərriklərimiz faktiki olaraq, dondurulub, ona görə də onların inkişafı əslində mümkün deyil. Bu mühərriklərlə bizi Honda təmin edir, bu şirkət bütün əqli mülkiyyətə sahibdir, ona görə də biz bu mühərriklərin içərisinə baxmırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*