J.Todt Moslini əvəz edəcək?

FİA prezidenti Maks Moslinin varisi barədə söhbət düşəndə Jan Todtun namizədliyi bir neçə də çəkilib. İtaliyada dərc olunan La Gazzetta […]

FİA prezidenti Maks Moslinin varisi barədə söhbət düşəndə Jan Todtun namizədliyi bir neçə də çəkilib. İtaliyada dərc olunan La Gazzetta dello Sport qəzetinə müsahibəsində Ferrari-nin başçısı Stefano Domenikali bu fikrin lehinə olduğunu bildirib…

Stefano Domenikali: “Mən MOsli ilə Todtla işlədiyim qədər çox işləməmişəm, amma hesab edirəm ki, Jan istənilən vəzifənin öhdəsindən bacarqıla gələr.”

Hələlik Moslinin növbəti seçkilərdə öz namizdəliyini bir daha irəli sürəcəyi məlum deyil, Maks bu barədə iyulda qərar qəbul edəcək, amma keçən ilin sonunda varisinin hansı xüsusiyyətlərlə malik olmasını söyləmişdi…

Maks Mosli: “Böyük təmkin sahibi olmalıdır, bütün texniki və hüquqi problemlərin müxtəlifliyini cəld qiymmətləndirmək qabiliyəti olmalıdır.Varisimə məsləhət görərdim ki, öz namizədliyini verməmişdən əvvəl papağını qabağına qoyub atacağı addımı yaxşı-yaxşı fikirləşsin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*