17 İyun 2019, Bazar ertəsi - 17:46

J.Todt Madriddə mətbuat konfransı keçirib

J.Todt Madriddə mətbuat konfransı keçirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:27 - 08 May, 2010

FİA-nın prezidenti İspaniyaya rəsmi səfər edib. Jan idman nzairi və milli avtomobil federasiyasının prezidenti ilə görüşüb, nahardan sonra isə KİV […]

FİA-nın prezidenti İspaniyaya rəsmi səfər edib. Jan idman nzairi və milli avtomobil federasiyasının prezidenti ilə görüşüb, nahardan sonra isə KİV üçün mətbuat konfransı təşkil edib konfransda o yol hərəkətində təhlükəsizlik tədbirlərinin artırılması effektliyindən, yollarda ölüm hadisələrinin azalmasından və avtoidmanın gənclərin tərbiyəsində rolundan danışıb.

Əlbəttə, söhbət Formula1-dən yan ötməyib. Çində pit-leyndə Həmilton və Fettelin mübarizəsi barədə suala cavabında Todt deyib: “İspaniyada Həmiltonu Alonso ilə birlikdə debüt mövsümünə görə çox tənqid edirlər, amma stüardlar obyektiv və müstəqil qərarlar qəbul edirlər. Onlar insidenti araşdırıblar, həm də düşünürəm ki, Lyuis həmin an rəqibi qədər günahkar idi.”

Mixael Şumaherin çempionata qayıtmasından sonra zəif çıxışı barədə suala cavabında FİA-nın başçısı bildirib: “Düz üç komandanın maşını Mixaeldən sürətlidir, yaxşı maşınsız isə hətta dahi çempionlar problemlərlə üzləşirlər. Azarkeşlər səbr etməlidirlər.”

Bu həftə komandalara FOTA çərçivəsində KERS-ə qayıtmaq imkanlarını müzakirə etməlidirlər – hazırda sistem reqlamentə görə icazəlidir, amma istifadə olunmur, Todt isə hesab edir ki, əgər komandalar razılaşsalar, onda irəliyə doğru düzgün addım atılacaq: “Biz artıq gələn ildən KERS-in istifadəsini ciddi araşdırırıq. Məsrəflər azalır, komandalara çempionatı tərk etmirlər və bu vəziyyətdə Formula1 yeni texnologiyalara keçid rolunu oynamalıdır.”

Todt həmçinin bildirib ki, FİA 2013-cü il üçün aerodinamika reqlamentinə dəyişikliklərə və traslara yeni tələbat qaydalarına baxacaq – ötmələrin sayını artırmaq lazımdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 257
Teqlər
Paylaş

logo