C.Haasın hədəfi nədir?

Haas komandasının sahibi Cin Haas bildirib ki, 2017-ci ildə əsas hədəfləri podiuma yüksəlməkdir.

F-1.az xatırladır ki, Amerika təmsilçisi Formula1-də keçən il debüt etmiş və mövsümün ilk iki yarışında Roman Qrojanla müvafiq olaraq 6-cı və 5-ci olmuşdular. Haas komandası mövsümün yekununda Mühəndislər Kubokunda 8-ci olmuşdu.

Cin Haas: “Əsas hədəfimiz 2016-cı ildəki uğurlarımızı təkmilləşdirməkdir. Bunu bacarsaq, gözümüz daha da yüksəklərə baxacaq. Əgər podiuma yüksəlsək, sevinərik. Mercedes, Red Bull və Ferrari yenə fərqli liqadadırlar.

Keçən il sıralanma turunda bir neçə dəfə son sessiyaya qala bilmişdik. Sıralanma turunda 0.2 saniyə sürətlənsək, yeni mövsümdə yaxşı yerlərdə ola bilərik. İlk testlərdəki performansımızdan razıyam. Ümid edirəm ki, mövsümə yaxşı başlayarıq. Bu il Kevini transfer etdik. Ondan çox şey gözləyirik. Çox uğurlu sürücüdür və Romanla yaxşı cütlük olacaqlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*