C.Battonun meneceri Brawn GP-nin mövqeyindən narazıdır

Honda şirkəti Formula1-i tərk etməmişdən bir neçə ay əvvəl Honda komandası Censon Battonla üçillik müqavilə bağlamışdı və müqaviləyə əsasən britaniyalı […]

Honda şirkəti Formula1-i tərk etməmişdən bir neçə ay əvvəl Honda komandası Censon Battonla üçillik müqavilə bağlamışdı və müqaviləyə əsasən britaniyalı sürücü hər il səkkiz milyon funt sterlinq maaş almalı idi. Qışda komandanın satılması məsələsi üzə çıxanda Censon maaşının üç milyona qədər azadılmasına razı olmuşdu, bundan əlavə o fizioterapevt və menecerinin haqlarını da yarışlara nəqliyyat xərci ilə birlikdə özü ödəyir.

Artıq komandanın gələcəyi zəmanətlidir, Censon birinci yarışda çempionatda liderlik edir, titul qazanmağa yaxşı şansı var və ümid edir ki, onun maaşı artırılacaq, amma danışıqlarda komanda sürücüyə əvvəlki şərtləri əlavə bonuslarla təklif edib, bu isə onun meneceri Riçard Qoddardın xoşuna gəlməyib…

Riçard Qoddard: “Əvvəlki müqavilənin keçən il yeni versiyasını imzalayarkən, biz hesab edirdik ki, hər şey uğurlu olacaq və Censon növbəti ildə əvvəlki müqavilədə nəzərdə tutulan maaşı alacaq. Brawn GP-nin təklifi məni dəhşətə gətirib, bizim halda söhbət tamahkarlıqdan getmir, biz sadəcə müqaviləyə əməl olunmasına ümid edirik.”

Hazırda üç dünya çempionu Formula1-in ən yüksəkmaaşlı sürücüləridir – Kimi Rəykkönen ildə 25-30 milyon funt, Fernando Alonso və Lyuis Həmilton isə 12 milyon funt alırlar. Əgər Censon bu il titul qazansa və müqaviləsi dəyişməsə, onda britaniyalı sürücü bu ənənədən istisna olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*