Doninqtona daha bir şans veriblər

Böyük Britaniya Qran Prisinin Doninqton Parkda təşkilatçıları inzibati və maliyyə problemlərini həll etmək üçün daha bir şans alıblar. Bu gün […]

Böyük Britaniya Qran Prisinin Doninqton Parkda təşkilatçıları inzibati və maliyyə problemlərini həll etmək üçün daha bir şans alıblar. Bu gün Şimal-Qərbi Lesterşir rayonunun rəhbərliyinin keçirdiyi iclasda Saymın Cilletə və onun şirkətinə iyunun 30-dək möhlət verilib…

Saymon Cillet: “Planlar dəyişməyib, biz trasın tikintisi planını hazırlamışıq və doqquz aydan sonra işlər qurtarmalıdır. Narahat olmağa əsas yoxdur, biz hər şeyi edirik və yarışın keçiriləcəyinə 100% əminik.”

Gələn mövsüm Böyük Britaniya Qran Prisi Silverstoundan Doninqton Parka köçməlidir, amma layihənin həyata keçirilməsilə müəyyən çətinliklər yaranıb, başlıcası da maliyyə problemləri. Britaniyalı ekspertlər deyirlər ki, layihəni ölkənin hökuməti dəstəkləyə bilər, amma məlum deyil ki, bu dəstək nə vaxt və hansı formada olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*