D.Hill: Rassell ehtiyatlı olmalıdır

Formula1 üzrə 1996-cı ilin Dünya Çempionu Deymon Hill düşünür ki, Corc Rassell gələn il ehtiyatlı olmalıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücü gələn ildən etibarən Mercedes-də çıxış edəcək və yeddiqat Dünya Çempionu Lyuis Həmiltonla komanda yoldaşı olacaq. Əksəriyyət düşünür ki, gənc pilot Bottas kimi ikinciliyi qəbul etməyəcək və əfsanəvi Həmiltonla nəyi var mübarizə aparacaq.

Deymon Hill: “Məncə, onları izləmək əla olacaq. Lyuis onu cəsarətləndirməyə çalışacaq. Başqa şey düşünmürəm. Məncə, Lyuis bilir ki, idmandakı həyatı Corca nisbətən azdır. Buna görə də onu dəstəkləmək üçün əlindən gələni edəcək.

Corcun hərəkətlərindən də çox şey asılıdır. Həmiltona düşmən kimi baxa bilər. Ancaq bu, Lyuisə qarşı ediləcək ən son hərəkət olar. Onları izləməyi həyəcanla gözləyirəm.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*