Stüardlar sürücünü Beynəlxalq İdman Məcəlləsinin 12.2.1-ci maddəsini pozmaqda şübhəli biliblər. Həmin maddədə FIA-ya, onun vəzifəli şəxslərinə və ya avtoidmanın maraqlarına zərər vuran hərəkət və ya açıqlamalardan bəhs olunub.
Stüardların çağırışında konkret nəyin baş verdiyi dəqiqləşdirilməyib, lakin sosial şəbəkələrdə Həcərin onunla selfi çəkməyə çalışan azarkeşi itələdiyini əks etdirən video yayılıb. Amma səbəb rəsmi şəkildə təsdiqlənməyib.
Belə pozuntulara görə stüardların sərəncamında xəbərdarlıq və ya cərimədən tutmuş diskvalifikasiyaya qədər geniş cəza seçimi olub.





