12 Dekabr 2018, Çərşənbə - 07:01

Azərbaycan-2016: Üçüncü stüard – Derek Deli

Azərbaycan-2016: Üçüncü stüard – Derek Deli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

00:45 - 16 İyun, 2016

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Ölkəmizdə ilk dəfə baş tutacaq Avropa Qran Prisində stüardlara Derek Deli kömək edəcək.

Derek Deli 1978-1982-ci illərdə Formula1 üzrə dünya çempionatında 64 Qran Pridə çıxış edərək 48 yarışda start alıb, ən yaxşı nəticəsini isə 1980-ci ildə Argentina Qran Prisində dördüncü yeri tutmaqla əldə edib.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, bu həftəsonu Bakıda baş verəcək mübahisəli insidentləri Derek Deli ilə birlikdə Almaniyanın DMSB avtoklubunun həmsədri Gerd Ennser və Venesuelanın idman federasiyasının Prezidenti Vinçentso Spano araşdıracaqlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 469
Teqlər , , , , , ,
Paylaş

logo