Gülhüseyn Abdullayev mübarizəyə başlayır

Avtoidmandakı yeganə fəxrimiz Gülhüseyn Abdullayev artıq mübarizəyə başlayır. O, sabah Portuqaliyada Eştoril trasında yarışa çıxacaq. Bu yazıda onun iştirak etdiyi seriya - Euroformula Open barədə qısa məlumat verəcəyik.

F-1.az xəbər verir ki, gənc sürücümüz, eyni zamanda Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Formula1 üzrə Avropa Qran Prisinin səfirlərindən biri olan Gülhüseyn Abdullayev bu il Euroformula Open seriyasında mübarizə aparacaq. O, artıq qış testlərini arxada qoyub. 2016-cı ilin Gülhüseyn üçün uğurlu başladığını da qeyd etmək lazımdır. Təkoturacaqlı maşın yarışları seriyasında debüt edəcək həmyerlimiz bu yarışlara adaptasiya olmaq üçün Dubayda Formula Gulf 1000 seriyasına qoşulub və qələbələr qazanıb.

Gülhüseyn Euroformula Open-də Campos Racing komandasının tərkibində çıxış edəcək. Qeyd edək ki, bu komanda aşağı seriyaların demək olar ki, hamısında təmsil olunur və ən uğurlu komandalardandır. Bu il Formula1-də debüt edən indoneziyalı Rio Haryanto da məhz Campos Racing-in yetirməsidir. Komanda keçən mövsümü 2-ci yerdə başa vurub. Komandanın sürücüsü Konstantin Tereşenko da 2-ci olub.

Euroformula Open seriyasında 2016-cı il mövsümü 8 yarışdan ibarət olacaq və noyabrın 6-da Barselonada başa çatacaq.

Mərhələ Tras Tarix
1 1-ci yarış PortugalEştoril Avtodromu (Portuqaliya), Autódromo do Estoril 23 aprel
2-ci yarış 24 aprel
2 1-ci yarış BelgiumSpa trası (Belçika), Circuit de Spa-Francorchamps 21 may
2-ci yarış 22 may
3 1-ci yarış FrancePol Rikar trası (Fransa), PolCircuit Paul Ricard, Le Castellet 4 iyun
2-ci yarış 5 iyun
4 1-ci yarış United KingdomSilverstoun trası (Böyük Britaniya), Silverstone Circuit 23 iyul
2-ci yarış 24 iyul
5 1-ci yarış AustriaRed Bul Halqası, Şpilberq (Avstriya), Red Bull Ring, Spielberg 10 sentyabr
2-ci yarış 11 sentyabr
6 1-ci yarış ItalyMontsa Milli Avtodromu (İtaliya), Autodromo Nazionale Monza 1 oktyabr
2-ci yarış 2 oktyabr
7 1-ci yarış SpainXeres trası (İspaniya), Circuito de Jerez 29 oktyabr
2-ci yarış 30 oktyabr
8 1-ci yarış SpainBarselona trası (İspaniya), Circuit de Barcelona-Catalunya 5 noyabr
2-ci yarış 6 noyabr

 

Euroformula Open-də həftəsonu formatı belədir: Cümə günü 2 sərbəst yürüş seansı olur. Şənbə günü ilk sıralanma turu və ilk yarış, bazar günü isə 2-ci sıralanma turu və 2-ci yarış keçirilir. Bu seriyada da xal sistemi Formula1-dəki kimidir: 25-18-15-12-10-8-6-4-2-1. Əlavə olaraq, poulu qazanan sürücülərə və yarışlarda ən sürətli dövrəni vuran sürücülərə 1 xal verilir. Ona görə də həftəsonunda maksimum 54 xal qazanmaq mümkündür.

Euroformula Open seriyası 2001-ci ildən etibarən təşkil olunur. Keçən ilin qalibi isə braziliyalı Vitor Baptista olub.

Sabah keçiriləcək ilk yarışa baxmaq üçün bura daxil olmanız kifayətdir. Yayım Bakı vaxtı ilə saat 17:05-də başlayacaq. Yarışın startı isə 17:15-də veriləcək.

Bazar günü keçiriləcək 2-ci yarışı isə buradan izləyə biləcəksiz. Bu yarış Bakı vaxtı ilə 15:15-də başlayacaq.

Gülhüseynə F-1.az saytı adından yarışda və bütünlükdə mövsümdə uğurlar arzulayırıq.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*