25 Avqust 2019, Bazar - 22:40

İnfiniti: Renault motorlarının rebrendinqi planalaşdırılmırdı

İnfiniti: Renault motorlarının rebrendinqi planalaşdırılmırdı

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:39 - 02 Mart, 2011

Bu gün səhər tezdən məlum olub ki, Red Bull komandası İnfiniti ilə ikiillik müqavilə imzalayıb, amma Yaponiyanın Nissan konserninin premium […]

Bu gün səhər tezdən məlum olub ki, Red Bull komandası İnfiniti ilə ikiillik müqavilə imzalayıb, amma Yaponiyanın Nissan konserninin premium brendi komandanın sadəcə sponsoru olacaq, Renault motorları isə adını dəyişməyəcək.

Əvəzində Renault loqotipləri RB7-nin üzərində daha nəzərəçarpan olacaq: motorun üzərində qapağın hər iki tərəfinə iri hərflərlə yazılacaq, pilotların şleminin vizorlarını bəzəyəcək, İnfiniti-nin loqotipləri isə arxa qanadda, burunda və sürücülərin kobinezonunda peyda olacaq.

Britaniyanın Autosport qəzetinə müsahibəsində şirkətin vitse prezidenti Əndi Palmer bildirib ki, “əvvəldən Renault motorlarını brendinq etmək fikrində deyildik, İnfiniti hər şeydə müəlliflik hüququnu qorumağa çalışır, əvvəlki motorlarına dının dəyişdirilməsi isə bizim bu prinsipimizə ziddir.”

Məlumdur ki, RenaultNissan sıx münsaibətlərdə əməkdaşlıq edirlər, Alyans tərkibində Renault Nissan-ın səhmlərinin 44%-nə sahibdir, Nissan isə Renault-nun səhmlərinin 15%-nə sahibdir.

Komandanın başçısı Kristian Horner də qeyd edib ki, İnfiniti ilə müqavilə Renault ilə münasibətlərə təsir etməyəcək: “Biz Viri Şatiyondan olan kolleqalarımızla əməkdaşlığımızı davam etdirəcəyik, yaxın gələcəkdə Renault adı bizim maşınların üzərində qalacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər
Paylaş

logo