19 Oktyabr 2019, Şənbə - 01:55

H.Markonun sürücüləri barədə düşüncələri

H.Markonun sürücüləri barədə düşüncələri

Müəllif: Rauf Hacıyev, redaktor

09:33 - 27 Fevral, 2017

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, sürücüsü Maks Ferstappen 2017-ci ildə Dünya Çempionu titulunu qazana bilər.

F-1.az xatırladır ki, Maksın atası Yos Ferstappen son açıqlamasında oğlunun çempion olmaq üçün hələ cavan olduğunu demişdi.

Helmut Marko: “Maks hazırdır. Üçüncü mövsümündə daha təcrübəli olacaq. Onun aqressiv tərzi üstünlük qazandırır. Çünki rəqibləri onu görəndə “Maks gəlir. Diqqətli olmalıyam. Məni keçə bilər. Axmaqlıq etməməliyəm” düşünürlər. Bəlkə artıq əvvəlki qədər çox risk etməz. Çünki çətin dövrlərdən keçdi. Amma bir dəfə qəza edib. O da Monakoda. Yox… Monakoda 3 dəfə qəza etdi və hamısı bir həftəsonunda baş vermişdi. Amma nəzarət həmişə onda olub.

Güclü bolid və bir az təcrübə ilə iki sürücümüz də çempionluq uğrunda mübarizə apara bilər. Rikkardonu da unutmaq olmaz. Çox güclü sürücüdür. İki rəqabətədavamlı sürücümüz var. Biz onlara inanırıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 524
Teqlər , , ,
Paylaş

logo