H.Marko: Son yarışlar Mercedes-ə uyğundur

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, son 6 yarışın 4-ü Mercedes-in maşınına daha uyğundur.

F-1.az xatırladır ki, builki 16 yarışın 8-i Red Bull, 6-ı isə Mercedes qazanıb. Son 6 yarış isə Amerika, Meksika, Braziliya, Qətər, Səudiyyə Ərəbistanı və Əbu Dabidə olacaq.

Helmut Marko: “Hazırda bizim üçün əlverişli iki tras var: Meksika və Braziliya. Digər yarışlarda isə Mercedes favorit olacaq. Mercedes Britaniya yarışından etibarən motor gücünü artırdı və bunu necə etdiklərini bilmirəm. Bu, mənim üçün müəmmadır. Honda da bir addım atmalıdır. Əks halda itirilən vaxtı aerodinamika ilə kompensə edə bilmərik.

Türkiyədə əldə etdiyimiz nəticədən razıyıq. Bizim üçün zərəri minimuma endirmək lazım idi. Bottas bizim üçün əlçatmaz idi. Həmilton bu templə daha yaxşı yer tuta bilərdi, amma Tsunoda və Peresin hesabına vaxt itirdi. Planımız da bu idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*