Gələn il ABŞ Qran Prisində isti olacaq

Dünən FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası gələn ilin təqviminin ilkin versiyasını təqdim edib və təqvimdə Kanada Qran Prisindən bir həftə […]

Dünən FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası gələn ilin təqviminin ilkin versiyasını təqdim edib və təqvimdə Kanada Qran Prisindən bir həftə sonra ABŞ Qran Prisi yer alıb.

Yarış Texas ştatının Sotin çəhəri yaxınlığında tikilən yeni Circuit of the Americas avtodromunda keçiriləcək. Yerli Austin American Statesman qəzeti tərəddüd edir ki, yarışın tarixi uğurlu seçilməyib – məhz bu vaxtlar Texasda çox isti olur və termometrin sütunu 30 dərəcədən aşağı düşmür…

Nik Krou, FİA-nın Senatında ABŞ-ın nümayəndəsi: “Bu sadəcə təklifdir və son tarix hələ sentyabr-oktyabr aylarında Ümumdünya Şurasının iclasında təsdiq olunacaq. Deməli, hələ yarışı daha soyuq vaxtlara keçirmək mümkündür.”

Hərçənd, qəzetin bildirdiyinə görə, Formula1-in kommersiya başçısı Berni Ekklstoun hələ bir neçə ay əvvəl ABŞ Qran Prisinin promouteri Tavo Hellmundu məlumatlandırıb ki, 2012-ci ilin yarışını iyun ayında keçirməyə hazır olsun. Bu zaman Hellmund və onun köməkçiləri əmin edirlər ki, avtodromun tikintisi qrafikə tam uyğun gedir.

Təşkilatçıların hesablamaların görə, ABŞ Qran Prisi 120 min tamaşaçı toplaya bilər. Ostinin turist departamentinin prezidenti Bob Lander deyib ki, şəhər otelləri hələ FİA-nın Ümumdünya Şurasının qərarına qədər azarkeşlərdən ilkin sifarişlər alıblar.

Bob Lander: “Yaxşı ki, FİA-nın qərarı Avropa vaxtı ilə axşam elan olunmuşdu və bizim otellərlə danışmaq imkanımız oldu. Biz hesab edirik ki, şəhərdə olan bütün otelləri tam sifariş etməli olacayıq.”

Amma sonra minlərlə azarkeş otellərdən trasa isti hava altında getməli olacaq və təşkilatçılar bunun nəticələri üzərində düşünməyə başlayıblar.

Avtodromun tbbi xidmətinin başçısı Stiven Olvi bildirib ki, trasın ərazisində talvarlar qurulacaq, həm də ən azı bir helikopter xəstələrin yaxın hospitala çatdırılması üçün ayrılacaq…

Stiven Olvi: “Hava xəstələrin sayına təsir edəcək ciddi faktor ola bilər. Yarışlarda adətən gün zərbələri və yanıqları alanların sayı çox olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*