Fudzi Qran Pridən imtina edib

Fudzi avtodromu 1976-1977-ci illərdə Yaponiya Qran Prisinin ilk iki yarışını qəbul etmişdi, daha sonra Formula1 on il gündoğan ölkəni tərk […]

Fudzi avtodromu 1976-1977-ci illərdə Yaponiya Qran Prisinin ilk iki yarışını qəbul etmişdi, daha sonra Formula1 on il gündoğan ölkəni tərk etmişdi və yenidən Suzuka trasına qayıtmışdı. 2000-ci ildə Toyota şirkəti Fudzi avtodromunu almış, 168 milyon dollarlıq modernizasiya və yenidənqurma işləri görmüş və Qran Prinin keçirilməsi üçün müqavilə imzalamışdı. Təəssüf ki, bu dəfə də cəmi iki yarış keçirmək mümkün oldu – bu gün elan olunub ki, avtodrom sahibləri gələn il Qran Pri keçirməkdən imtina eidblər…

Rəsmi bəyanatda deyilir: “İşgüzar fəaliyyətin pisləşməsi və iqtisadiyyatın tez bir zamanda bərpa oluna bilməməsi üzündən biz 2010-cu ildə Yaponiya Qran Prisinin keçirilməsindən imtina etməli olduq.

Üç il əvvəl, 2006-cı ilin martında milli mərhələnin Fudziyə keçirilməsi elan olunmuşdu və biz iki il ardıcıl Fudzidə olub, 2010-cu ildə bir daha Fudziyə getməyə hazırlaşan hər bir kəsdən üzr istəyirik.

Fudzi avtodromu azarkeşlərin bizi başa düşməsinə və dəstəkləməsinə ümid eidr, biz Yaponiyada avtoidmanın yayılması üçün əlimizdən gələni edəcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*