Frederik Vassyör Ferrari ilə raızlaşıb?

Almaniya mıətbuatının verdiyi xəbərə görə Ferrari artıq Frederik Vassyörlə razılaşıb.

F-1.az xatırladır ki, Mattia Binotto Ferrari komandasının rəhbəri vəzifəsindən istefa verib. Onun yerinə çox adamın adı hallansa da, əsas namizəd Frederik Vassyördür.

Lakin fransalı rəhbərin işi asan deyil, çünki Ferrari 15 ildir ki, titula həsrətdir və rəhbərlik ondan titul gözləyəcək.

Əgər müqavilə alınsa, Ferrari Vassyörün rəhbərlik etdiyi üçüncü komanda olacaq. Fransalı mütəxxəssis əvvəl Renault-da işləyib. Daha sonra isə Alfa Romeo-ya keçib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*