Fransa-2018: Həftəsonuna ilkin hava proqnozu

İlkin proqnozlar Le Kastelledə həftəsonuna quru və günəşli hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günlərində hava bir qədər buludlu, temperatur isə +28 dərəcə olacaq. Yağıntı ehtimalı 20%-dir. Bazar günü isə sinoptiklər yağıntısız və günəşli hava olacağını, termometrlərin +27 dərəcəni göstərəcəyini bildirirlər.

, ,