15 Sentyabr 2019, Bazar - 18:18

FOTA və FİA: Danışıqlar davam edəcək

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:24 - 23 May, 2009

Monakoda kral avtoklubunun binasında bir az əvvəl FOTA üzvlərinin FİA prezidenti Maks Mosli ilə görüşü başa çatıb. Dörd saatdan çox […]

Monakoda kral avtoklubunun binasında bir az əvvəl FOTA üzvlərinin FİA prezidenti Maks Mosli ilə görüşü başa çatıb. Dörd saatdan çox çəkən görüşdə gələn ilin reqlamentində büdcənin məhdudlaşdırılması məsələsində razılıq əldə olunmayıb, amma bu uik-end danışıqlar hələ davam edəcək. Sabah, şənbə günü komandalar FOTA iclasına toplaşacaqlar, sonra isə yenidən Mosli ilə görüşəcəklər…

Komandaların nümayəndələrinin çoxu şərh verməkdən imtina ediblər, amma jurnalistlərə Ferrari-nin prezidenti Luka di Montedzemolo yaxınlaşıb: “Davamlı və məhsuldar görüş alındı, sabah biz yenidən FOTA-nın iclasına toplaşacayıq, sonra isə Molsi ilə daha bir görüş olacaq.”

Maks Mosli də vəziyyəti şərh edib: “Problemlər əvvəlki kimi qalıb, amma mən ümid edirəm ki, biz həll tapa biləcəyik. Görüş konstruktiv alındı, danışıqlar davam edəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər
Paylaş

logo