18 Avqust 2019, Bazar - 17:11

ABŞ-2017: Üçüncü stüard – Mika Salo

ABŞ-2017: Üçüncü stüard – Mika Salo

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:06 - 18 Oktyabr, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Bu dəfə stüardlara Mika Salo kömək edəcək.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 1994-2002-ci illərdə Lotus, Tyrrell, Arrows, BAR, Ferrari, Sauber və Toyota komandalarında 109 dəfə starta çıxaraq 2 podium qazanıb. Mika hazırda SMP Formula4 çempionatının idman direktorudur.

Mika mütəmadi olaraq stüardlar briqadasına cəlb olunur və bu il Çin, Rusiya, Avstriya və Belçika Qran Prilərində hakimlərə köməklik edib.

ABŞ Qran Prisinin mübahisəli insidentlərini araşdırmaqda onunla bərabər FİA-nın Avtoİdman üzrə Ümumdünya Şuarsının üzvü Qarri Konnell və FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının üzvü, Çexiya avtoklubunun baş katibi Radovan Novak çalışacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 646
Teqlər , , , , ,
Paylaş

logo