Formula E: Roma yarışı qeyri-müəyyən müddətə təxirə salınıb

Formula E çempionatının təşkilatçıları koronavirus səbəbiylə Roma mərhələsinin qeyri-müəyyən müddətə təxirə salındığını elan ediblər.

F-1.az xatırladır ki, daha əvvəl Çin mərhələsi təxirə salınmışdı, bundan başqa İndoneziya və Cənubi Koreya yarışları da ciddi sual altndadırlar.

“Koronavirusun yayılması ilə əlaqədar İtaliyadakı fövqəladə vəziyyət səbəbiylə Səhiyyə Nazirliyinin COVİD-19-un yayılmasına qarşı mübarizə və ictimai tədbirləri məhdudlaşdırmaq barədə qərarına əsasən,aprelin 4-də Roma yarışı keçirmək imkanımız yoxdur.

Formula E FİA, Roma hökuməti, İtaliyanını ACİ avtoklubu və çempionatın tərəfdaşları ilə birlikdə  məhdudiyyətlər qaldırıldıqdan sonra yarış üçün alternativ tarixləri nəzərdən keçirəcək”, – təşkilatçıların yaydığı relizdə deyilib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*