Force İndia yeni maşın üzərində işləyir

Force İndia komandası yeni maşın üzərində qrafik üzrə işləyir, yeni maşın trasa mart ayında çıxmalıdır və mövsümöncəsi son iki test […]

Force İndia komandası yeni maşın üzərində qrafik üzrə işləyir, yeni maşın trasa mart ayında çıxmalıdır və mövsümöncəsi son iki test sessiyasında çalışmalıdır. Force İndia üçün uğursuz olan keçənilki mövsüm başa çatdıqdan sonra komanda yeni şassinin Mercedes motorlarına və McLaren ötürmələr qutusuna adaptasiyasına başlayıb. McLaren-lə əməkdaşlıq barədə qərarın gec qəbul olunmasına baxmayaraq, komandanın texniki direktoru Ceyms Ki hesab edir ki, işlər pis getmir və martın əvvəlinə hər şey hazır olacaq…

Ceyms Ki: “Grafik olduqca ağırdır və sıxdır, çünki görüləsi işimiz çoxdur. Lakin plana əməl edirik və mövsümöncəsi son iki test sessiyasına kimi işləri yekunlaşdırmalıyıq. McLaren-in avadanlıqlarının bizim şassi ilə uzlaşmasını aydınlaşdırmaq lazım idi. Bəzi elementlər yerinə yaxşı oturur, bəziləri müəyyən işlər tələb edir. Nəticədə biz çox şeyi dəyişməli olduq – biz bütün işlərə noyabrdan başlamışıq.

McLaren-in mütəxəssisləri bizə əla dəstək verdilər, bizə çox kömək etdilər. Biz çox görüşdük, daim ötürmələr qutusu və digər komponentlər, xüsusən də soyutma sistemləri barədə sualları müzakirə etdik. McLaren – çox böyük şirkətdir, Force İndia isə cavan balaca komandadır, amma biz inkişaf etmək istəyirik. Bizim üçün çox şeyi onlardan öyrənmək böyük şərəfdir. Bizim münasibətlər çox yaxşıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*