F.Montanyi US F1-lə müqavilə bağlayıb?

Təcrübəli sürücü Frank Montanyinin adı da Amerikanın yeni US F1 komandasına namizədlərin siyahısına düşüb, hərçənd sürücüyə okenın o tayındakı yarışs […]

Təcrübəli sürücü Frank Montanyinin adı da Amerikanın yeni US F1 komandasına namizədlərin siyahısına düşüb, hərçənd sürücüyə okenın o tayındakı yarışs eriyalarında böyük tələbat var. Şayiələr görə, 31 yaşlı fransalı sürücü artıq komanda ilə müqavilə bağlayıb: komandanın idman direktoru Piter Uindzor Renault və Toyota komandalarında test sürücü kimi çalışmış və Super Aquri komandasının sürücüsü olmuş Frank barədə yüksək fikirdədir.

Son vaxtlar Frank əsasən sportkarların yarışalrında iştirak edirdi: bu il o əfsanəvi Lə Manda Sebastyen Burde və Stefan Sarazanla birlikdə ikinci olmuşdu.

Hərçənd, istisna deyil ki, müqavilənin bağlanması həqiqətə uyğun deyil, amma Montanyi işsiz qalmayacaq: deyilənlərə görə, sürücü İndycar seriyasında çıxış edən Andretti Green Racing və De Ferran Motorsport komandaları ilə danışıqlar aparır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*