17 İyun 2019, Bazar ertəsi - 11:50

F.Massının növbəti tomoqrafiyası da yaxşı alınıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:26 - 29 İyul, 2009

Macarıstan televiziyasına müsahibəsində ölkənin müdafiə nazirliyinin mətbuat katibi İştvan Boçkai AEK hərbi hospitalında müalicə olunan Felipe Massanın səhhətini şərh edib… […]

Macarıstan televiziyasına müsahibəsində ölkənin müdafiə nazirliyinin mətbuat katibi İştvan Boçkai AEK hərbi hospitalında müalicə olunan Felipe Massanın səhhətini şərh edib…

İştvan Boçkai: “Bu gün səhər tezdən növbəti kompyuter tomoqrafiyası keçirilib, Felipeni yenidən süni komadan çıxartdılar və o söhbətlərə reaksiya verirdi, əl və ayaqlarını tərpədirdi, bu isə beynin ciddi zədələnməsinin olmamasından xəbər veriri. Sürücünün hamilə həyat yoldaşı da qaydasındadır, bunu ultrasəs müayinəsi də təsdiqləyib. Biz vəziyyəti nikbinliklə qiymətləndiririk və ümid edirik ki, Felipe tədircən tam sağalacaq.”

Həkimlərin sözlərinə görə, bu gün bir daha şənbə günü edilmiş cərrahiyə əməliyyatının müvəfəqiyyətlə aparılması təsdiq olunub, əməliyyat zamanı kəllənin sınmış sümükləri çıxarılmışdı, amma sürücünün bərpa proqnozunu verməkdən həkimlər çəkiniblər.

Bu gün AEK hospitalına Ferrari-nin prezidenti Luka di Montedzemolo baş çəkəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər
Paylaş

logo