Stefano Domenikali: “Siz məni tanıyırsınız. Biz heç kimin sözünü kəsmək niyyətində deyilik. Bu, idmanımızın gözəlliyidir – hər kəs fikrini söyləyə bilər, lakin fikir yenə də fikirdir.
Ümumi kursu müəyyən etmək öhdəliyi olan insanlar var. Əlbəttə, bəzi sürücülərin öz üstünlükləri var, amma müzakirələr zamanı biz həmişə yanaşmanın konstruktiv olmalı olduğunu vurğulamışıq.
Bu qayda dəyişikləri boşuna yaranmayıb, onların arxasında çox ciddi səbəblər dayanırdı. Əks halda bu gün tamamilə başqa bir növ idmandan danışardıq. Ona görə də zəruri düzəlişlər edilib.
Bilirsiniz ki, müxtəlif məsələləri həll yolları tapmaq üçün qapalı qapılar arxasında müzakirə etməyi üstün tuturam. Amma konstruktiv müzakirənin çərçivəsindən çıxan bəyanatlar nə qədər aydın eşidilirsə, bu, idmanla bir o qədər az bağlı olur və şəxsi məzmuna çevrilir. Düşünürəm ki, bunu hamı anlayır.
Mən həmişə sürücülərimizə böyük hörmətlə yanaşıram, çünki onlar Formula 1-in əsl sərvətidir. Amma onlar da anlamalıdırlar ki, hamımızın birlikdə hərəkət etməli olduğu ümumi yol var.
İzləyicilər həmişə əsas prioritet olaraq qalır, hətta məndən də vacibdirlər. Sürücülərin öz fikirləri ola bilər, amma mənim vəzifəm bütün idmana fayda verən qərarlar qəbul etməkdir.
İndi bizdə çempionatın bütün iştirakçıları ilə çox möhkəm münasibətlər var, ona görə də irəliyə baxmalı və birlikdə Formula1-in düzgün istiqamətdə inkişaf etməsi üçün hər şeyi etməliyik”.





