F.Massa yarışlara qayıtmaya bilər

Həkimlərin fikrincə, hələlik Felipe Massanın yarışlara qayıda bilməsi barədə danışmaq tezdir: bu gün məlum olub ki, Hunqarorinqdə şənbə insidenti zamanı […]

Həkimlərin fikrincə, hələlik Felipe Massanın yarışlara qayıda bilməsi barədə danışmaq tezdir: bu gün məlum olub ki, Hunqarorinqdə şənbə insidenti zamanı onun sol gözü zədələnib. Felipe əvvəlki kimi Budapeştin AEK hərbi hospitalında saxlanılır, qəzadan və keçirilmiş cərrahiyə əməliyyatından sonra özünə gəlir. Macar mətbuatı professor Robert Vereşdən sitat gətirir ki, təkcə sol gözün zədələnməsi kifayətdir ki, Massa karyerasının gələcəyinin üstündən xətt çəksin…

Robert Vereş: “Onun gözü zədələnib, biz hələlik bilmirik ki, o yenidən yarışlara qayıda biləcəkmi?”

Bu gün axşam hospitalda mətbuat konfransı keçiriləcək, həkimlər xəstənin səhhəti barədə mətbuata açıqlamalar verəcəklər. Macar həkimlər təsdiq ediblər ki, şənbə günü keçirilmiş cərrahiyə əməliyyatı sürücünün həyatını xilas edib. Bu gün günorta isə Massaya Ferrari-nin prezidenti Luka di Montedzemolo baş çəkib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*