18 İyul 2019, Cümə axşamı - 02:37

F.Massa simulyatorda işini davam etdirib

F.Massa simulyatorda işini davam etdirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:42 - 08 Oktyabr, 2009

Bir az əvvəl Ferrari komandasının mətbuat xidməti Felipe Massanın Modenada simulyatorun arxasında ikinci iş gününə həsr olunmuş mətbuat relizini yayıb… […]

Bir az əvvəl Ferrari komandasının mətbuat xidməti Felipe Massanın Modenada simulyatorun arxasında ikinci iş gününə həsr olunmuş mətbuat relizini yayıb…

Relizdə deyilir: “Maranello, 7 oktyabr 2009-cu il. Budapeşt qəzasından sonra bərpa proqramı çərçivəsində Felipe Massa Modenada simulyatorun arxasında daha bir gün işləyib.

Braziliyalı sürücünün səhəri Gestione Sportiva-ya səfərlə başlayıb, sonra Felipe Modenaya gedib, burada o yarış mühəndisi Rob Smedli və mühəndis-texnoloq Culiano Salvi ilə Barselona və interlaqos virtual traslarında işləyib – bu traslarda Massa iki dəfə qələbə qazanıb.

Sabah Felipe Maranelloda qalacaq, günorta Ferrari.com saytının ziyarətçilərinin süallarına cavab verəcək, cümə günü isə Parisə FİA-nın nəzarəti altında müayinəyə yollanacaq.

Gələn həftənin əvvəlində, ola bilər ki, bazar ertəsi Felipe real trasa GP2 tərəkləri taxılmış F2007-nin sükanı arxasında çıxacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 237
Teqlər
Paylaş

logo