F.Massa: “Mən startdan razı qaldım”

Karyerasında mövsümə ən yaxşı nəticə ilə başlayan Felipe karyerasında ən yaxşı Avstraliya yarışını da keçirib. Mövsümün ilk iki yarışını podiumda […]

Karyerasında mövsümə ən yaxşı nəticə ilə başlayan Felipe karyerasında ən yaxşı Avstraliya yarışını da keçirib. Mövsümün ilk iki yarışını podiumda başa vuran yeganə sürücü Felipe olub…

Felipe Massa: “Mən fantastik start aldım, təkərlər yerində fırlanmadılar. Mən qarşıdakı sürücülərin – Alonso və Uebberin maşınalrında təkərlərin yerində fırlanmasını gördüm, amma hərəkətə rahat başladım və birinci döngəyə kimi onları keçdim. Mən startdan razı qaldım, amma yarışın qalan hissəsi asan olmadı – tras çox sürüşkən idi, maşına ilişmə çatmır.

Bu günə qədər Avstraliyada ən yaxşı nəticəm 2007-ci ildə altıncı yer olmuşdu. Sürət baxımından bu yarış mənim üçün yaxşı olmadı, pit-stopda da mövqe itirdim, trasda isə çox səhvə yol verdim – ona görə də ilk yarışdakı ikinci yerimə bu yarışda üçüncü yeri əlavə etmyimə çox şadam.

Biz bilirik ki, çempionatda mübarizə üçün bu neçə də vacibdir – payızda hər bir xalın qiyməti onqat artacaq. Komanda bu gün şətin yarışda yaxşı işlədi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*